XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Serbiyada uğurlu nəticə
İdman 01:05 / 23.06.2025
Azərbaycanın yeniyetmə badmintonçuları 27 ölkənin təmsil olunduğu "Serbian Youth International – Novi Sad 2025” beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 13 yaşadək yeniyetmə oğlanların şəxsi yarışında "G” qrupunda mübarizə aparan Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərinə qalib gələrək pley-offa yüksəlib. Bu mərhələdə Türkiyə, Rumıniya və Bolqarıstanı təmsil edən badmintonçuları məğlub edən Ömər Mehdi turnirin qızıl medalını qazanıb.
15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli - Aysel Kazımova tandemi bürünc medal qazanıb. Yeniyetmə badmintonçularımız yarımfinal mərhələsinə kimi İsrail, Serbiya və Türkiyəni təmsil edən rəqiblərinə qalib gəliblər. Fərəc Kərimli və Aysel Kazımova finala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan badmintonçularına uduzublar. Eyni kateqoriyada yarışan Ömər Teymurlu-Qəndab Niftalızadə qoşası 1/4 finala kimi irəliləsə də, medalın bir addımlığında Türkiyə badmintonçularına məğlub olub.
13 yaşadək qız badmintonçuların qoşa kateqoriyasında Dəniz Əhmədli-Fatimə İsmayılova yarımfinal uğrunda keçirilən qarşılaşmada serb rəqiblərinə uduzub.
Serbiyanın Novi-Sad şəhərində keçirilən beynəlxalq turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.


15956 oxunub

InvestAZ