XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Cüdo məşqçiləri üçün təlim proqramı genişlənir - iyulda yeni mərhələ başlayır
İdman 14:49 / 18.06.2025

Azərbaycan İdman Akademiyası (ASA) və Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə məşqçi-müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlim və lisenziyalaşdırma proqramı həyata keçirir.

Proqramın növbəti mərhələsi iyul ayında baş tutacaq və cüdo məşqçiləri üçün I, II və III səviyyələr üzrə genişmiqyaslı təlimlər təşkil ediləcək. Təlimlərdə texniki-taktiki bacarıqlar, məşq planlaşdırması, yarış analizi, psixoloji və fiziki hazırlıq, eləcə də beynəlxalq yarış qaydaları üzrə biliklərə xüsusi önəm veriləcək.

Xatırladaq ki, sözügedən əməkdaşlıq çərçivəsində 10–13 iyun tarixlərində ASA-nın ev sahibliyi ilə "Təlimçi bacarıqları” modulu üzrə ilk təlimlər uğurla başa çatıb. Bu modul məşqçilərin pedaqoji, psixoloji və kommunikativ bacarıqlarının inkişafına yönəlib. Təlim proqramında iştirak edən cüdo üzrə məşqçilər yalnız texniki-taktiki biliklərlə deyil, həm də fasilitasiya, motivasiya, auditoriya idarəetməsi, ünsiyyət və bədən dili kimi müasir təlimçi bacarıqları ilə tanış olublar.

ASA və ACF-in bu təlimləri nəinki mövcud məşqçilər, eləcə də gələcəkdə tədris və məşqçilik sahəsində çalışmaq istəyənlər üçün uzunmüddətli strateji inkişaf platforması kimi dəyərləndirilir.


13975 oxunub

InvestAZ