XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Zelim Tçkayev dünya çempionatının bürünc medalını qazandı
İdman 00:08 / 17.06.2025

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Yarışların dördüncü günündə cüdoçumuz Zelim Tçkayev (-81 kq) tatami üzərinə çıxıb. Təmsilçimiz çıxışını bürünc medalla başa vuraraq Budapeştdə komandamızın medal hesabını açıb. Üçüncü yer uğrunda qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərindən olan Nuqzari Tatalaşviliyə qalib gələn Zelim fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, dünya çempionatının fərdi yarışlarına iyunun 19-da yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında güclərini sınayacaqlar.


16049 oxunub

InvestAZ