XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Ədalət təmsilçilərimiz Avropa çempionatına təyinat alıblar
İdman 10:58 / 04.06.2025
Azərbaycan FIBA dərəcəli hakimləri, Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina Avropa çempionatı matçlarına təyinat alıblar.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ədalət təmsilçilərimiz iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında Azərbaycanı təmsil edəcəklər.

Ələkbər Həsənov Serbiyada 18 yaşadək (A divizionu, 26 iyul-3 avqust), Gürcüstanda 16 yaşadək (A divizionu, 8-16 avqust) oğlan basketbolçulardan ibarət komandaların yarışında idarəçilik edəcək.

Ruslan Xalıqov Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust) və 16 yaşadək qızların (A divizionu, 15-23 avqust), həmçinin Albaniyada 16 yaşadək oğlanların (C divizionu, 5-13 iyul) yarışında iş başında olacaq.

Urfan Bayramlı Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust), Türkiyədə 20 yaşadək qızların (B divizionu, 20-29 avqust), Şimali Makedoniyada 16 yaşadək oğlanların (B divizionu, 7-16 avqust) yarışında fitini səsləndirəcək.

Anastasiya Slojenitsina isə Litva 18 yaşadək qızlar (B divizionu, 4-13 iyul) arasında baş tutacaq turnirdə idarəçilik edəcək.

16778 oxunub

InvestAZ