XƏBƏR LENTİ
06 İyun 2025
05 İyun 2025
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025
01 İyun 2025
30 May 2025



Paris-2024-də mükafat qazanan idmançılarımızın yararsız hala düşən medalları mərhələli şəkildə yenilənəcək
İdman 13:35 / 03.06.2025

Paris-2024 Yay Olimpiya Oyunlarında yer tutan Azərbaycan idmançılarının yararsız hala düşən medallarının dəyişdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Məlumata görə, medallar mərhələli şəkildə yeniləri ilə əvəz olunacaq.
Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib. Onun sözlərinə əsasən, artıq prosesə rəsmi olaraq başlanılıb və məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi ilə əlaqə saxlanılır:
"Beynəlxalq Olimpiya Komitəsi ilə mütəmadi əlaqə saxlayırıq. Onlar bildiriblər ki, medalların dəyişdirilmə prosesi artıq başlanılıb. İlk olaraq fransalı idmançıların medalları yenilənəcək. Ardınca isə digər ölkələrin nümayəndələrinin medalları dəyişdiriləcək. Hazırda konkret tarix açıqlanmayıb, lakin proses mərhələli şəkildə həyata keçiriləcək”, - deyə Murad Fərzəliyev bildirib.
Qeyd edək ki, Paris-2024 Olimpiya Oyunlarında medal qazanan yeddi azərbaycanlı idmançıdan beşinin mükafatında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.
Cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq), sərbəst güləşdə bürünc medalçı Maqomedxan Maqomedov (97 kq), taekvondo üzrə gümüş medal sahibi Qaşım Maqomedov (58 kq), boks üzrə gümüş medal qazanan Alfonso Dominqes (92 kq), yunan-Roma güləşində bürünc mükafat alan Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) bu problemlə üzləşib.


694 oxunub

InvestAZ