XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Azərbaycan birinciliyində mükafatçılar müəyyənləşib - FOTO
İdman 13:08 / 03.06.2025
İyunun 2-də AVF-nin İdman zalında qızların və oğlanların yarışında bürünc və qızıl medal uğrunda oyunlar keçirilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada "Şərqi Zəngəzur RVK" komandası "Bakı VK"nı 3:0 hesabı ilə məğlub edib. Oğlanların mübarizəsində isə "Gəncə RVK" komandası "Azərreyl-3” klubuna 3:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Qızların finalında "Möminə Xatun” komandası "Azərreyl” klubunu, oğlanların finalında isə "Oğuz RVK” komandası "Bakı RVK”nı 3:2 hesabları ilə məğlub edərək çempion olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin baş katib Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyə direktoru Sənan Cəfərov təqdim ediblər.
Beləliklə, qızların birinciliyinin qalibi olan "Möminə Xatun” komandasına qızıl medal və kubok, "Azərreyl” klubuna gümüş, "Şərqi Zəngəzur RVK” komandasına isə bürünc medallar təqdim edilib.
Oğlanların yarışının qalibi olan "Oğuz RVK” klubuna qızıl medal və kubok, "Bakı RVK” komandasına gümüş, "Gəncə RVK” klubuna isə bürünc medallar verilib.
Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.



15305 oxunub

InvestAZ