XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Gənclər və İdman Nazirliyində III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı görüş keçirilib
İdman 20:21 / 02.06.2025

III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində iyunun 2-də Gənclər və İdman Nazirliyində federasiya nümayəndələri ilə növbəti görüş keçirilib. İclasda nazir Fərid Qayıbov çıxış edərək III MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün tərəflərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

İclas zamanı yarışların keçiriləcəyi məkanlar, nəqliyyat, iştirakçıların yerləşdirilməsi və qidalanması, həmçinin yarışlara hazırlıq və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və görüləcək işlərin icra vəziyyətinə dair müvafiq tapşırıqlar verilib.


15328 oxunub

InvestAZ