XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib
İdman 11:24 / 02.06.2025
Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti konfransı keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca mandat komissiyasının üzvləri və konfransın gündəliyi təsdiq olunub.
Gənclər və idman naziri Fərid Qayıbov AŞF-nin son illər ərzində gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycan şahmatçılarının beynəlxalq arenada əldə etdiyi uğurlardan bəhs edib.
Konfransda, həmçinin Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyası arasında geniş əlaqələrin olduğu diqqətə çatdırılıb.
AŞF-nin prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib. Sonra federasiyanın ötən il ərzində fəaliyyəti ilə bağlı qısa film nümayiş olunub.
AŞF üzvlüyünə qəbul olunmuş şəxslər barədə hesabat dinlədildikdən sonra ərizə ilə müraciət etmiş şəxslərin siyahısı təsdiq edilib.
Tədbirdə həmçinin Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib.
Uzun illər federasiyada prezident vəzifəsində çalışan, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə AŞF-nin prezidenti seçilib.
Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.
Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər.
16902 oxunub

InvestAZ