XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



“Sağlam həyat günləri" layihəsi çərçivəsində kütləvi idman tədbiri təşkil edilib
İdman 12:54 / 28.05.2025

Masallıda "Sağlam həyat günləri" layihəsi çərçivəsində Nizami Gəncəvi adına xatirə parkında kütləvi idman tədbiri təşkil edilib. Tədbirdə taekvondo, güləş, futbol, kəndirlə mübarizə və yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkil etdiyi, əsas məqsəd rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılmasından ibarət olub. 45 nəfər idmançı və 50 nəfər həvəskarın iştirak etdiyi tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.


15195 oxunub

InvestAZ