XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



“Neftçi” İK  ilə Johan Cruyff İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb
İdman 16:51 / 26.05.2025
"Neftçi” İdman Klubunun nümayəndə heyəti Johan Cruyff İnstitutunun rəsmi dəvəti ilə İspaniyanın Barselona şəhərinə səfər edib.
"Neftçi” İdman Klubunu bu səfərdə İdarə Heyəti sədrinin müşaviri Fərəc Əliyev və Beynəlxalq əlaqələr və kommunikasiyalar departamentinin rəisi Emil Kərimov təmsil ediblər. Səfər zamanı klub nümayəndələri institutun təşkil etdiyi Cruyff Networking tədbirində iştirak etməklə yanaşı, baş direktor Albert Romans, Cruyff Futbol Platformasının icraçı direktoru və "Barselona” Futbol Klubu da daxil olmaqla Avropanın bir sıra aparıcı klublarında çalışmış tanınmış mütəxəssis Albert Kapellas, CF Badalona SAD klubunun sahiblərindən biri və institutun məruzəçi müəllimi Mark Serra və digər rəhbər şəxslərlə ikitərəfli görüşlər keçirərək, mümkün əməkdaşlıq istiqamətləri və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd tərəflər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və bu istiqamətdə yeni imkanların açılmasına, idmançı, məşqçi və inzibati heyətin peşəkar karyera inkişafının dəstəklənməsinə, idman sahəsində araşdırmalara dair təcrübə mübadiləsinin aparılmasına, birgə idman tədbirləri, seminarlar və konfransların təşkilinə, həmçinin sosial və media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.
3872 oxunub

InvestAZ