XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilir
İdman 11:25 / 23.05.2025

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II turun oyunlarınastart veriləcək.

Milli Gimnastika Arenasında keçirilən yarışların üçüncü günündə daha 8 qarşılaşma təşkil olunacaq.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.

C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

23 may

A qrupu

12:45. Mavritaniya - Bəhreyn
20:45. Sloveniya - Azərbaycan

B qrupu

14:00. Fransa - Özbəkistan
16:30. Çad - Rumıniya

C qrupu

15:15. İngiltərə - Macarıstan
19:30. Ukrayna - Türkiyə

D qrupu

18:15. Bolqarıstan - Hindistan
22:00. Portuqaliya - Slovakiya

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.


4096 oxunub

InvestAZ