XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Rəşad Məmmədov: "Ümid edirəm ki, EYOF-da yüksək səviyyədə iştirak edərərk bayrağımızı yüksəklərə qaldıracağıq"
İdman 21:32 / 21.05.2025
"İlin əvvəlindən Avropa Gənclər Olimpiya Festivalının hazırlıqlarına başlamışıq. Təlim-məşq toplanışlarımızı da məhz bu festivala əsasən planlaşdırmışıq”.
Bu sözləri taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Məmmədov Olimpnews.az saytına müsahibəsində Avropa Gənclər Olimpiya Festivalına (EYOF) hazırlıqla bağlı danışarkən deyib.
O, artıq festivala hazırlıq prosesinin üç mərhələsinin başa çatdığını bildirib. "Taekvondo yarışları festivalda Olimpiya çəki dərəcələri üzrə keçiriləcək. Buna görə biz də yarışda beş çəki dərəcəsində mübarizə aparacaq idmançılar arasından öz seçimlərimizi etmişik. Festivalda 5 oğlan və üç qız idmançı ilə mübarizə aparacağıq. Artıq onların adları da məlumdur. Təlim-məşq toplanışı və yarışlarda yüksək səviyyədə iştirak etməklə festivala yüksək səviyyədə hazırlaşmışıq. Ümid edirəm ki, EYOF-da yüksək səviyyədə iştirak edərərk bayrağımızı yüksəklərə qaldıracağıq”, - deyə Rəşad Məmmədov bildirib.


15891 oxunub

InvestAZ