XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Pəhləvanlarımız beynəlxalq turnirə iki medalla başladılar
İdman 14:35 / 16.05.2025

Azərbaycanın 20 yaşadək iki güləşçisiİranın Behşehr şəhərində keçirilən"Necad Haşimi kuboku” turnirində medal qazanıb.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İlk yarış günündə sərbəst güləş üzrə 57 kq, 65 kq, 74 kq, 86 kq və 97 kq-da qaliblər müəyyənləşib.

7 ölkəidmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 millisinin 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medala sahib çıxıb.

Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, bu gün 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da medalçılar müəyyənləşəcək.


17052 oxunub

InvestAZ