XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Bakıda V Autizm Festivalı keçiriləcək
İdman 13:40 / 16.05.2025

Mayın 17-də paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və Azfest Group-un təşkilatçılığı ilə V Autizm Festivalı keçiriləcək.

Bu barədə Olimpiyadunyasi.com-a festivalın Təşkilat Komitəsinin sədri Elnur Məmmədli məlumat verib.
Festival səhər saat 10:00-dan etibarən start götürəcək və axşam saatlarınadək davam edəcək. Tədbir çərçivəsində autizm sahəsində fəaliyyət göstərən müxtəlif qurumlar öz işlərini təqdim edəcək, ictimaiyyətə məlumatlandırıcı materiallar və proqramlar təqdim olunacaq.
Festivalın əsas məqsədi autizm spektr pozuntuları haqqında cəmiyyətin maarifləndirilməsi, ictimai diqqətin bu sahəyə yönəldilməsi və autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının təşviq edilməsidir.
Tədbirdə autizmli uşaqlar və onların ailələri də fəal iştirak edəcəklər. Festival, həmçinin bu kateqoriyadan olan şəxslərin bacarıqlarının nümayiş etdirilməsi və onların sosial həyatda fəal iştirakına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


21773 oxunub

InvestAZ