XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Azərbaycanla Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İdman 11:49 / 16.05.2025

Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində Azərbaycana səfər ediblər.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycanın Gənclər və İdman Nazirliyindən məlumat verilib. Bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazir türkiyəli nümayəndələrin Azərbaycandakı idman qurumlarına səfərlərini yüksək qiymətləndirərək bu cür mübadilələrin peşəkar bilik və təcrübənin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə nümayəndə heyətinin üzvləri səfər çərçivəsində əldə etdikləri təəssüratları bölüşüblər.


17997 oxunub

InvestAZ