XƏBƏR LENTİ
14 May 2025
13 May 2025
12 May 2025
11 May 2025
10 May 2025



Masallıda minifutbol stadionun açılış mərasimi olub
İdman 21:37 / 13.05.2025

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Böyük Kolatan kəndində xeyriyyəçilərin maliyyə dəstəyi hesabına inşa olunmuş minifutbol stadionun açılış mərasimində iştirak edib. 

Rayon rəhbəri çıxışı zamanı ölkədə idmana göstərilən diqqət və qayğıdan danışıb, yeni stadionun açılışı münasibəti ilə kənd sakinlərini təbrik edib. Onu da bildirib ki, Böyük Kolatan kəndində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli istifadə etməsi, idmana marağın artırılması və sağlam həyat tərzi ilə əlaqədar olaraq xeyriyyəçilər tərəfindən tikilmiş minifutbol meydançası üçün 2100 kvadratmetr süni ot örtüyü döşənmiş və stadionda digər şəraitin yaradılması üçün ümumilikdə 20 min manat məbləğində vəsait xərclənib.

Yaradılmış şəraitlə əlaqədar rayonun Böyük Kolatan kəndində "Kolatan” uşaq futbol klubu yaradılıb. 


260 oxunub

InvestAZ