XƏBƏR LENTİ
13 May 2025
12 May 2025
11 May 2025
10 May 2025



Lənkəran-Astara regionu üzrə Spartakiadaya yekun vurulub
İdman 17:22 / 13.05.2025
Cəlilabad Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Lənkəran-Astara regionu üzrə Spartakiadaya yekun vurulub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və Vətən torpaqlarının azad olunması uğrunda şəhid olmuş qəhrəman oğlanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının dövlət himninin sədaları altında başlanan
tədbiri giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov açaraq qonaqları və idmançıları salamlayıb.
Tədbirdə çıxış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə gələn qonaqları və idmançıları salamlayaraq spartakiadanın əhəmiyyətindən danışıb.
Həmçinin tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə mədəniyyət nümayəndəliyinin bədii özfəaliyyət kollektivin ifasında musiqi nümunələri səslənib.
Sonda spartakiada çərçivəsində 5 idman növü üzrə keçirilən turnirlərdə 185 idmançı yarışıb.
Qalib idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən qalib idmançılara diplom və medalları verilib.
107 oxunub

InvestAZ