XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Güllə və stend atıcılığı üzrə Azərbaycan Kuboku başa çatdı
İdman 12:19 / 12.05.2025

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güllə və stend atıcılığı üzrə Azərbaycan Kubokuna yekun vurulub.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva çıxış edərək, yüksək nəticələr göstərmiş idmançıları təbrik edib.
O, həmçinin yarışın yüksək səviyyədə təşkilinə töhfə verən məşqçilərə, hakimlərə, təşkilat komandasına və iştirak edən bütün idmançılara təşəkkürünü bildirib.
Təltifetmə mərasimində müxtəlif yaş qrupları və kateqoriyalar üzrə fərqlənmiş idmançılar medal və diplomlarla mükafatlandırılıblar.



18379 oxunub

InvestAZ