XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Fudokan karateçilərimizdən dünya çempionatında uğurlu nəticə
İdman 00:35 / 12.05.2025
Mayın 8-11-də Polşanın Pulavı şəhərində ənənəvi karate üslubu fudokan üzrə 10-cu dünya çempionatın keçirilib.
Yarışda Azərbaycan Karate Federasiyasının milli komandası da qüvəsini sınayıb. İdmançılarımız beynəlxalq yarışda ümumilikdə 9 (5 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanıblar.
Yarışda qızıl medala layiq görülən idmançılar arasında böyüklər arasında +80 kq çəki dərəcəsində Hacıəli Vəlizadə, U21 kateqoriyasında -60 kq-da Vüsal Seyidov, gənclər arasında -75 kq-da Tahir Ələkbərov, gənc qızlar arasında -60 kq-da Şəfaqət Zeynallı və yeniyetmələr arasında -60 kq çəki dərəcəsində Qorxmaz Səfərli yer alıb.
Gümüş medalları böyüklər arasında mütləq çəki dərəcəsində çıxış edən Babək Qələmzadə və gənclər arasında +65 kq-da Məhəmməd Bağırov qazanıblar.
Bürünc medallara isə böyüklər arasında -80 kq çəki dərəcəsində Kamran Heydərzadə və veteranlar arasında +75 kq-da Siyavuş Bayramov sahib olublar.
Dünya çempionatında milli komandamıza Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi və fudokan üslubu üzrə rəsmi nümayəndə Vüsal Abdullazadə rəhbərlik edib.

4203 oxunub

InvestAZ