Bu gün İspaniya La Liqasının 35-ci turu çərçivəsində mövsümün son "El Klasiko”su baş tutacaq.
Barselonada "Lluis Kompanys Olimpiya” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Oyunun baş hakimi FİFA dərəcəli hakim Hernandes Hernandes olacaq.
Qeyd edək ki, bu oyunun nəticəsi sona üç tur qalmış çempionluğun taleyinin həll olunmasına böyük ehtimalla aydınlıq gətirə bilər. Çünki kataloniyalılar 34 turdan sonra 79 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Doğma azarkeşlər önündə qazanılacaq qələbə Hans-Diter Flikin komandasını çempionluğa bir qədər də yaxınlaşdıracaq. Hazırda liderdən 4 xal geri qalan "Kral klubu” isə ikincidir. Madridlilər bu oyunda qələbə qazanmaqla "Barselona” ilə arasındakı xal fərqini minimuma endirməyə çalışacaq.
264 oxunub