XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Bacı-qardaş 7 ildən sonra geri qayıdırlar
İdman 22:16 / 10.05.2025

Buz üzərində rəqs üzrə ikiqat Olimpiya mükafatçıları Maya və Aleks Şibutani karyeralarını bərpa etmək qərarına gəliblər.

"Olimpiyadunyasi.com"un məlumatına görə, xəbəri ABŞ Fiqurlu Konkisürmə Assosiasiyasının mətbuat xidməti yayıb.
Bacı-qardaş konkisürənlər 2025/26 Olimpiya mövsümündə məşqçilər Marina Zueva və Massimo Skalinin rəhbərliyi altında iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, Maya və Aleks 2017/18 mövsümünün sonundan bəri turnirlərdə iştirak etmirdilər. Səbəb isə 2019-cu ildə Mayanın böyrəyindən keçirdiyi əməliyyat olub.
"Bu yeddi il bizi hər cür sınaqla üz-üzə qoydu. Mən çox xoşbəxtəm ki, indi sağlamam. Geri qayıtmaq istəyirəm”, - Reuters Maya Şibutanidən sitat gətirib.
Qeyd edək ki, Pxençxan-2018 Qış Olimpiya Oyunlarının qalibi olan Şibutanilər 2023-cü ildə ABŞ Fiqurlu Konkisürmə Şöhrət Zalına daxil edilib.


18584 oxunub

InvestAZ