XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Cüdoçularımız Avropa Kubokuna bir dəst medalla başladılar
İdman 17:10 / 10.05.2025

Bu gün Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kubokuna start verilib.

Yarışların ilk günündə Azərbaycan cüdoçuları 1 dəst medal qazanıblar. Təmsilçilərimizdən Nazir Talıbov -66 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Komandamızın heyətində çıxış edən digər cüdoçularımızdan Babarəhim Mirzəyev (-60 kq) gümüş, Nəriman Mirzəyev (-73 kq) isə bürünc medala sahib çıxıb. Murad Əliyev isə -60 kq çəki dərəcəsində beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışda 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı mübarizə aparır. Azərbaycan cüdoçuları turnirdə 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunurlar.


16922 oxunub

InvestAZ