XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
İdman 08:55 / 10.05.2025
Bu gün futbol üzrə Misli Premyer Liqsında 34-cü turun daha iki oyunu keçiriləcək.
Günün ilk oyunu paytaxtda baş tutacaq. "Səbail” klubu "ASCO Arena”da çempionatın gümüş medallarını təmin edən "Zirə”ni qəbul edəcək. Saat 17:00-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək.
33 turdan sonra qəsəbə təmsilçisi "Zirə” 67 xalla ikinci, aktivində 22 xalı olan "Səbail” isə sonuncu - onuncu pillədə qərarlaşıb.
Günün ikinci oyunu isə Tovuzda baş tutacaq. "Turan Tovuz” klubu doğma azarkeşlər önündə "Neftçi”nin müqavimətini qırmağa çalışacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.
33 turdan sonra bölgə təmsilçisi 49 xalla dördüncü, "Neftçi” isə 37 xalla altıncıdır.
Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.


16299 oxunub

InvestAZ