XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Çempionlar Liqasının finalçıları müəyyənləşdi
İdman 01:12 / 08.05.2025
Futbol üzrə UEFA Çempionlar Liqasında final mərhələsinin sonuncu iştirakçısı müəyyənləşib.
Münhen finalına son vəsiqənin sahibi Fransanın PSJ klubu olub. Parislilər London səfərində olduğu kimi (0:1), doğma meydanda da minimal hesablı qələbə qazanaraq (2:1) final mərhələsinə vəsiqə əldə ediblər. PSJ-nin heyətində Fabian Ruiz (27-ci dəqiqə) və Əşrəf Hakimi (72) fərqlənib. "Topçular”ın yeganə qolunu isə 76-cı dəqiqədə Bukayo Saka vurub. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə "Arsenal”a qalib gələn Luis Enrikenin komandası mayın 31-də Münhendə təşkil olunacaq həlledici qarşılaşmada İtaliyanın "İnter” klubuna rəqib olub.
Xatırladaq ki, "İnter” ötən gün İtaliyada "Barselona”nı əlavə dəqiqələrdə vurduğu qolla 4:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmışdı.


18938 oxunub

InvestAZ