XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib
İdman 13:12 / 06.05.2025

Mayın 6-da Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.

"Olimpiyadunyasi.com" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısının müaviniKəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısıNərminə Hüseynova, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva və Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzova iştirak ediblər.

Festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının himni səsləndirilikdikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nərminə Hüseynova ulu öndər Heydər Əliyevin idmana qayğısından danışıb. Bildirib ki, ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir.

Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya məşəli meydana gətirilib.

Məktəb şagirdlərinin yarışı, gimnastların xüsusi çıxışı, gimnastika məktəbi və 7 saylı məktəbin şagirdlərinin çıxışları tədbirə rəng qatıb. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.



17109 oxunub

InvestAZ