XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımız “Çempionlar” turnirində iştirak edəcəklər 
İdman 11:31 / 05.05.2025

Sabah Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar” turnirinə start veriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, üç gün davam edəcək yarışda ölkəmizi yunan-Roma güləşi üzrə U20 milli komandamız təmsil edəcək.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 25 güləşçi ənənəvi turnirdə mübarizə aparacaq. Heyətdə Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov (hamısı 55 kq), Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov (hamısı 60 kq), Tural Əhmədov, Məhəmməd Qasımzadə (hər ikisi 63 kq), Roman Kərimov, Elşən İslam (hər ikisi 67 kq), Fəraim Mustafayev, Seymur Qasımov, Kamran Rəcəbli, Əli Məlikov (hamısı 72 kq), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kq), Cavidan Nəhmətov, Elmin Əliyev, Elvin Osmanlı (hamısı 82 kq), Orxan Hacıyev, Abdullah Həsənov (hər ikisi 87 kq), İsmayıl Rzayev (97 kq), Məzaim Mərdanov və Museyi-Kazım Hüseyn (hər ikisi 130 kq) yer alıb.

Yarışda II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyevlə Kamran Baxışov ədaləti qoruyacaq.


19387 oxunub

InvestAZ