XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kütləvi idman tədbiri şəhər sakinlərinin marağına səbəb oldu
İdman 21:33 / 05.05.2025
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Xatirə parkında Gənclər evinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində atletika, ağırlıqqaldırma, boks, voleybol, nərd, dama, şahmat, stolüstü tennis, cüdo, futbol, kikboksinq idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Məqsəd əhali arasında idmanın təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilindən ibarət olub. Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin kollektivi, Cənub könüllüləri və rayon sakinləri iştirak ediblər. Tədbir şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

13265 oxunub

InvestAZ