XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yardımlıda “İdman hamı üçün” layihəsi çərçivəsində tədbir təşkil edilib 
İdman 13:21 / 05.05.2025
Yardımlı rayon Sahil stadionunda "İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada kütləvi idman tədbiri təşkil edilib. Tədbirdə 45 nəfər idmançı və 60 rayon sakini iştirak edib. Onlar futbol, voleybol, şahmat, dama, kəndir dartma üzrə nümunəvi çıxışlarda öz güclərini sınayıblar.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən tədbir rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.

17149 oxunub

InvestAZ