XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi
İdman 13:07 / 04.05.2025

Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan və "Küləyə qalib gəl” devizi ilə keçirilən "Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.  

Olimpiyadunyasi.com xəbər verir ki, marafonda kişilər arasında mübarizədə finiş xəttini birinci Türkiyə təmsilçisi Atac Sezgin keçib. Rusiyalı idmançı Vitali Şafar ikinci, digər türkiyəli atlet Murat Emekdar isə üçüncü olub.

Qadın iştirakçılar arasında isə marafonun qalibi adını Ukraynadan olan Natalya Semenoviç qazanıb.  Azərbaycan idmançısı Anna Yusupova ikinci pillədə yer alıb. Üçüncü yeri isə yaponiyalı Eriko Soma tutub. 

Qaliblər medal və pul mükafatları ilə təltif olunublar.

Qeyd edək ki, builki marafona rekord sayda - təxminən 28 min iştirakçı qeydiyyatdan keçib. 


17911 oxunub

InvestAZ