XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqasında XXXIII tura yekun vurulur
İdman 08:17 / 04.05.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIII turun oyunlarına yekun vurulacaq.

Turun son oyun günündə azarkeşlər daha iki qarşılaşma izləyəcəklər. Günün ilk qarşılaşması "Azərsun Arena"da baş tutacaq. Çempionluğu təmin edən "Qarabağ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Oyunun start fiti saat 18:00-da səslənəcək. Ağdam təmsilçisi 32 oyundan sonra 77 xalla birinci, "Sumqayıt" isə 30 xalla 8-cidir.

Günün və turun son oyunu "Neftçi" və "Kəpəz" komandaları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq oyun "Neftçi Arena"da təşkil olunacaq. "Ağ-qaralar"32 turdan sonra 36 xalla turnir cədvəlinin yeddinci, "Kəpəz" isə 29 xalla doqquzuncu pilləsində yer alıb.



16677 oxunub

InvestAZ