XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Böyük Dəbilqə": Cüdoçularımız günü medalsız başa vurdular
İdman 23:19 / 03.05.2025
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində ikinci yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan komandasının daha iki üzvü tatami üzərinə çıxıb. Təəssüf ki, təmsilçilərimizdən heç biri mükafatçılar sırasında yer almayıb. Komandamızın üzvlərindən Süleyman Şükürov (-81 kq) bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Kote Kapanadzeyə məğlub olaraq beşinci yerlə kifayətlənib.
Mübarizəyə 1/8 finaldan başlayan və ilk görüşü məğlubiyyətlə başa vuran millimizin digər üzvü Vüsal Qələndərzadə (-73 kq) üçün də turnir uğurlu alınmayıb. O, bürünc medal uğrunda təsəlliverici görüşdə zədələndiyi üçün qarşılaşmaya çıxmayıb. Federasiyadan aldığımız məlumata görə, cüdoçumuz qabırğası sındığına görə 2-3 ay müddətinə tatamidən kənarda qalacaq.
Xatırladaq ki, 27 ölkədən 226 (123 kişi, 103 qadın) cüdoçunun iştirak etdiyi yarışda komandamızın aktivində bir qızıl medal var. Yeganə medalı ölkəmizə -60 kq çəki dərəcəsində tatami üzərinə çıxan Balabəy Ağayev qazandırıb. Turnirə sabah yekun vurulacaq.


13152 oxunub

InvestAZ