XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Kuboku: Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız bürünc medal qazandı
İdman 22:31 / 03.05.2025
Bakıda keçirilən Bədii gimnastika üzrə Avropa kuboku yarışı davam edir.
Olimiyadunyasi.com xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışların üçüncü günündə növbəti qaliblər müəyyənləşib. Mükafatçılar sırasında Azərbaycan idmançıları da yer alıb. Belə ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız kollektiv çarpaz qarşılaşmada lentlərlə hərəkətlərin icrasında Estoniya yığması üzərində qələbə qazanaraq bürünc mükafata sahib çıxıb. Komandamızın nəticəsi hakimlər tərəfindən 21.250 xalla qiymətləndirilib.
Qeyd edək ki, qitə yarışında 25 ölkədəni təmsil edən 170-dən çox gimnast mübarizə aparır. Turnirə sabah yekun vurlacaq.
18018 oxunub

InvestAZ