XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
İdman 09:42 / 03.05.2025
Bu gün futbol üzrə Misli Premyer Liqasında 33-cü turu çərçivəsində daha iki oyun keçiriləcək. 
Olimpiyadunyasi.com xəbər verir ki, günün ilk oyunu Şamaxı şəhər stadionunda təşkil olunacaq. Yerli "Şamaxı" klubu doğma meydanda turnir cədvəlinin debutantı "Səbail"i qəbul edəcək. Saat 17:00-da başlayacaq oyunun baş hakimi Elçin Məsiyev olacaq. 
"Şamaxı" klubu 32 oyundan sonra 35 xalla 7-cidir. "Səbail" isə 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 
Günün ikinci oyunu paytaxtda təşkil olunacaq. "Araz-Naxçıvan" klubu "Liv Bona Dea Arena"da "Sabah"ı qəbul edəcək. Oyuna saat 19:30-da start veriləcək. Görüşün baş hakimi Kamal Umudlu olacaq.
Qeyd edək ki, Naxçıvan təmsilçisi 54 xalla üçüncü, "Sabah" isə 40 xalla beşincidir. 

16309 oxunub

InvestAZ