XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkənlərimiz "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 15 medalla başa vurdular
İdman 12:22 / 02.05.2025

Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasına yekun vurulub. 
Olimpiyadunyasi.com xəbər verir ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların son günündə avarçəkənlərimiz daha 7 (1 qızıl, 3 gümüş, 3 bürünc) medal qazanıblar. 
Təmsilçilərimizdən 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında ikinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yürüşdə İvan Vorobyanski - Hüseyn Həsənov cütlüyü ikinci, Vacib Babayev - Nuran Rəhimli cütlüyü üçüncü olub. 
İkinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yürüşdə 2011-2012-ci illər təvəllüdlü idmançılar arasında Əziz Əhmədli - Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medalla kifayətlənib. 

İkinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yarışlarda Elvin Əliyev - Niyaz Məlikov cütlüyü bürünc medala layiq görülüb.
Millimiz digər medalı ikinəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə yürüşdə 2006-2007-ci illər təvəllüdlü idmançıların mübarizəsində qazanıb. Belə ki, Nurlan Paşayev - Cahangir Məmmədli cütlüyü gümüş medala yiyələnib. 
Komandamıza yeganə qızıl medalı isə birnəfərlik kayak qayığında (K-1) 1000 metr məsafəyə yürüşdə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında çıxış edən Əlimurad Hacızadə qazandırıb. Bu, idmançımızın "Prezident Kuboku-2025" beynəlxalq reqtasındakı ardıcıl üçüncü medalı olub. O, yarışların ilk iki gününü 2 gümüş medalla başa vurmuşdu.  
Qeyd edək ki, yarışların ilk iki günündə Azərbaycan idmançıları 4 gümüş və 4 bürünc medal qazanmışdılar. Bununla da Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 14 (1 qızıl, 7 gümüş və 7 bürünc) medalla tamamlayıblar. 


13866 oxunub

InvestAZ