XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Prezident Kuboku-2025": sonuncu yarış gününün qalibləri mükafatlandırıldı
İdman 14:19 / 02.05.2025
Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasında sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Olimpiyadunyasi.com xəbər verir ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən mərasimdə qaliblərə mükafatları  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev, Azərbaycan Milli Karate Federasiyasının baş katibi Qabil Sayadov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsolu Rəcəb Öztop, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və digər şəxslər təqdim edib.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri üç gün davam edən "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 15 (1 qızıl, 7 gümüş və 7 bürünc) medalla tamamlayıblar. 
13711 oxunub

InvestAZ