XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycanlı məşqçi təhlükəsiz idman sahəsində beynəlxalq sertifikata layiq görülüb
İdman 15:40 / 02.05.2025

Mayın 2-də İsveçrənin Lozanna şəhərində Olimpiya Həmrəyliyi Fondunun, ABŞ Olimpiya və Paralimpiya Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə əməkdaşlığı ilə Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramı (ICECP) təşkil edilib.

 

Proqramda azərbaycanlı məşqçi Ayan Xankişiyeva təhlükəsiz idman (Safe Sport) sahəsi üzrə sertifikata layiq görülüb.

 

O, 2024-cü il aprelin 8-dən ABŞ-ın müxtəlif ştatlarında və İsveçrənin Lozanna şəhərində keçirilən beynəlxalq təlim sessiyalarında iştirak edib. 

 

Ayan Xankişiyeva Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramının (ICECP) təhlükəsiz idman (Safe Sport) sahəsində sertifikat əldə edən ilk azərbaycanlı məşqçi oldu. 

 

Son illərdə milli səviyyədə təhlükəsiz idman siyasətinin formalaşdırılması, məşqçilərin və idman təşkilatlarının maarifləndirilməsi, eləcə də uşaqların və idmançıların müdafiəsi istiqamətində bir sıra əhəmiyyətli təşəbbüslər həyata keçirilib. 

 

Ayanın bu uğuru, Azərbaycanda təhlükəsiz idmanın təşviqi və mütəxəssis bazasının genişləndirilməsi sahəsində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Azərbaycan bu istiqamətdə sistemli şəkildə çalışan və qabaqcıl yanaşmalar tətbiq edən ölkələrdəndir.


14235 oxunub

InvestAZ