XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə birinciliyində komanda yarışları başa çatıb
İdman 14:44 / 01.05.2025
Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.  
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 19 yaşadək qızlar arasında Sumqayıt-1 kollektivi 1-ci yeri tutub. Bakı-1 ikinci, Şabran və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.
19 yaşadək oğlanların yarışında baş mukafata Bakı-1 komandası layiq görulüb. Sumqayıt kollektivi ikinci, Şabran və Bakı-2 üçüncü yeri tutub.
U-15 yaş dərəcəsində qızların mubarizəsi Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Bakı-1 ikinci, Sumqayıt-2 və Sumqayıt-3 üçuncü pillədə yer alıb.
15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. Bakı-1 ikinci, Sumqayıt-1 və Sumqayıt-2 komandası üçuncü yeri tutub.

14196 oxunub

InvestAZ