XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkənlərimizdən "Prezident Kuboku-2025" reqatasında daha iki medal
İdman 13:49 / 01.05.2025
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasında daha iki medal qazanıblar. 
Olimpnews.az xəbər verir ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən günün ilk sessiyasında idmançılarımızdan Əlimurad Hacızadə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə mübarizədə gümüş medal qazanıb. 
Komandamızın digər üzvü Mustafa Vəlizadə isə 2011-2012-ci illər təvəllüdlü idmançıların yarışında birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə mübarizədə bürünc medala sahib olub. 
Bu, hər iki idmançımızın "Prezident Kuboku-2025" beynəlxalq reqatasında qazandığı ikinci medalıdır.  
Xatırladaq ki, ötən gün Suqovuşan su anbarında təşkil edilən ilk yarış günündə Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala layiq görülmüşdü. Növbəti bürünc medalı isə komandamızın aktivinə Amil Ramazanov yazdırmışdı. 
16546 oxunub

InvestAZ