XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sennanın dəbilqəsi rekord məbləğə satılıb
İdman 19:53 / 30.04.2025
Əfsanəvi Formula 1 çempionu Ayrton Sennanın dəbilqəsi «RM Sothebys» hərracında rekord məbləğə - 965 min dollara satılıb. Əvvəlki rekord «Ferrari» sürücüsü Şarl Leklerə məxsus idi. Onun dəbilqəsi 2023-cü ildə 352 min dollara satılmışdı. «The Athletic» xəbər verir ki, Senna bu dəbilqədən 1992-ci ildə Belçika Qran Prisində istifadə edib. On il ərzində  Senna 41 yarışın qalibi olub. 65 poulda yer alan Ayrton 1994-cü il mayın 1-də San Marino Qran Prisi zamanı «Williams FW16» avtomobilinin beton divarla toqquşması nəticəsində faciəvi şəkildə həlak olub.
15374 oxunub

InvestAZ