XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Çempionların savaşı”nda rapid yarışları başa çatdı - FOTO
İdman 09:25 / 30.04.2025
Bakıda keçirilən şahmat üzrə "Çempionların savaşı”turnirində rapid yarışlarına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesabı ilə üstünlük qazanıb. 
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyalarının yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək

18061 oxunub

InvestAZ