XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"DH Volley" qadın voleybol klubu rəsmi olaraq təqdim olundu
İdman 16:58 / 29.04.2025

Azərbaycan voleyboluna yeni qatılan qadınlardan ibarət "DH Volley” klubunun təqdimat mərasimi baş tutub. Tədbirdə komandanın baş məşqçisi və oyunçularla rəsmi müqavilələr imzalanıb.

"DH Volley” 2025/2026-cı illər mövsümündən etibarən həm Yüksək Liqada, həm də ölkə kubokunda güclü heyətlə çıxış edəcək. Klub rəhbəri Şərəf Yalçın keçirilən mətbuat konfransında bildirib ki, komanda qarşıdakı mövsümdə yalnız yerli deyil, beynəlxalq yarışlarda da uğurlar qazanmağı qarşıya məqsəd qoyub: "Heyətimizə həm milli komandamızda çıxış edən voleybolçular, həm də Avropada təcrübə toplamış idmançılar daxil edilib. Məqsədimiz ilk mövsümdə güclü nəticələr göstərmək, uzun müddətli planda isə "DH Volley”i Avropa səhnəsində tanınan və rəqibləri tərəfindən hörmət edilən klub səviyyəsinə çatdırmaqdır”.

Yeni klubun baş məşqçi postuna Fərid Cəlalov təyin edilib. Komandanın tərkibində isə Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva kimi tanınmış və təcrübəli voleybolçular yer alır.


12672 oxunub

InvestAZ