XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Barselona" 32-ci dəfə İspaniya "Kral kuboku"nun qalibi oldu - FOTO
İdman 03:33 / 27.04.2025

İspaniya "Kral kuboku"nun builki qalibi müəyyənləşib.

"Olimpiyadunyasi.com" xəbər verir ki, Sevilyadakı "La Kartuja” stadionunda keçirilən möhtəşəm final qarşılaşmasında "Barselona” Madrid "Real”ını 3:2 hesabı ilə məğlub edərək 32-ci dəfə bu titula sahib çıxıb. Matçın 28-ci dəqiqəsində Pedrinin vurduğu qolla hesabı açan "Barselona" üstünlüyü ələ alsa da, "Real" ikinci hissədə oyunda geridönüş edə bilib. 70-ci dəqiqədə Kilian Mbappe, 77-ci dəqiqədə isə Orelian Tçuameni fərqlənərək Madrid klubunu önə keçirib.

Buna baxmayaraq, Hans Flikin rəhbərlik etdiyi "Barselona" ruhdan düşməyib və 84-cü dəqiqədə Ferran Torresin qolu ilə hesabı bərabərləşdirib - 2:2. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən oyun əlavə vaxta keçib. Əlavə dəqiqələrdə isə Jul Kunde (116-cı dəqiqə) qələbə qoluna imza ataraq "Barselona"ya tarixi 32-ci İspaniya "Kral kuboku"nu qazandırıb.


15646 oxunub

InvestAZ