XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqası: "Zirə" Tovuzdan üç xalla qayıdır
İdman 22:00 / 26.04.2025
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII tur çərçivəsində daha bir oyun keçirilib. 
Olimpiyadunyasi.com xəbər verir ki, günün yeganə qarşılaşması Tovuz şəhər stadionunda "Kəpəz" və "Zirə” komandaları arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən oyun "Zirə"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda vurulan yeganə qolun müəllifi 64-cü dəqiqədə fərqlənən Salifu Suma olub. 
Qələbə sayəsində zallarının sayını 64-ə çatdıran qəsəbə təmsilçisi ikinci pillədəki yerini möhkəmləndirib. "Zirə" komandası artıq ilk "üçlük"dəki yerini təmin edib. "Kəpəz" isə 32 turdan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb. 
Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.
16461 oxunub

InvestAZ