XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: Olimpiya çempionumuz qızıl medalı əldən verdi
İdman 19:11 / 26.04.2025

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Fərdi yarışların son günündə mübarizəyə başlayan Olimpiya çempionumuz 1/8 finalda Mixael Aristosu (Kipr) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə latviyalı Maksims Duynovsiyə qalib gələn Zelim yarımfinalda ukraynalı Anton Savitskidən güclü olub. Cüdoçumuz həlledici qarşılaşmada Paris-2024-ün finalında məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşıb. Görüşdə məğlub olan cüdoçumuz fəxri kürsünün ikinci pilləsində yer alıb.

Beləliklə, Olimpiya çempionumuz Paris-2024-dən sonra çıxış etdiyi ilk ciddi sınağını gümüş medalla başa vurub.

Qeyd edək ki, çempionatın əvvəlki günlərində Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer almışdı.

Bu gün komandamızın daha bir üzvü Uşangi Kokauri +100 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşə çıxacaq. Dünya çempionatının gümüş mükafatçısı həlledici görüşdə almaniyalı Erik Abramovla qarşılaşacaq.


14070 oxunub

InvestAZ