XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Real Madrid"dən final öncəsi rəsmi açıqlama
İdman 03:36 / 26.04.2025
"Kral Kuboku”nun final qarşılaşması ərəfəsində "Real Madrid"in oyunda iştirakdan imtina edəcəyi ilə bağlı yayılan iddialara klub tərəfindən rəsmi cavab verilib.
"Olimpnews.az” xəbər verir ki, Madrid təmsilçisinin yaydığı bəyanatda bu məlumatların əsassız olduğu vurğulanıb və komandanın finalda iştirakdan imtina etməyi heç vaxt düşünmədiyi bildirilib:
"Son saatlarda yayılan şayiələrə cavab olaraq bildirmək istəyirik ki, komandamız sabahkı final oyununda iştirakdan imtina etməyi heç vaxt nəzərdən keçirməyib”.
Klub, final qarşılaşmasına təyin olunmuş hakimlərin 24 saat qalmış verdikləri bəzi açıqlamaları "təəssüf doğuran və yersiz” adlandıraraq, bunun kimi mühüm və qlobal əhəmiyyətli bir idman tədbirinin nüfuzuna təsir edə bilməyəcəyini vurğulayıb:
"Klubumuz hesab edir ki, bu qarşılaşma üçün təyin olunmuş hakimlərin finaldan 24 saat əvvəl verdikləri təəssüf doğuran və yersiz bəyanatlar, yüz milyonlarla insanın izləyəcəyi bu qlobal əhəmiyyətli idman tədbirinin nüfuzuna kölgə sala bilməz. Bu həm də Sevilyaya yollanmağı planlaşdıran və artıq Andalusiya paytaxtında olan bütün azarkeşlərə olan hörmətin göstəricisidir”.
Açıqlamanın sonunda "Real Madrid" hakim qərəzinə baxmayaraq, futbola və idman prinsiplərinə sadiq qaldıqlarını bir daha vurğulayıb:
"Real Madrid hesab edir ki, bu gün bir daha klubumuza qarşı açıq şəkildə nümayiş etdirilən qərəz və düşmən münasibətə baxmayaraq, futbola xas olan dəyərlər üstün olmalıdır”.
Xatırladaq ki, "Barselona” və "Real Madrid” bu gün İspaniya Kral Kubokunun finalında üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və Sevilyadakı "La Kartuja” stadionunda keçiriləcək.


14220 oxunub

InvestAZ