XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya çempionumuz Paris-2024-dən sonra ilk sınağına çıxır
İdman 08:05 / 26.04.2025
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının fərdi yarışları sona yaxınlaşır.
Olimpiyadunyasi.com xəbər verir ki, bu gün komandamızın son üç üzvü tatami üzərinə çıxacaq. Təmsilçilərimiz kişilər arasında -100 kq, +100 kq və qadınlar arasında +78 kq çəki dərəcələrində mübarizə aparacaqlar. -100 kq çəki dərəcəsində Paris Olimpiadasının qalibi Zelim Kotsoyev 1/8 finalda Simeon Georgiadis (Yunanıstan) və ya Aristos Mixael (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Ağır çəkili idmançımız Uşanqi Kokauri (+100 kq) də isə 1/16 finalda polşalı Patrik Broneç ilə üz-üzə gələcək.
+78 kq çəki dərəcəsində Nigar Süleymanova isə 1/16 finalda gürcüstanlı idmançı Sofio Somxişvili ilə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan idmançıları qitə çempionatının əvvəlki günlərində dörd bürünc medal qazanıblar. Komandamızın üzvlərindən Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
14969 oxunub

InvestAZ