XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paul J. Foster: “Azərbaycanda ofis açmaq istəyirik”
İdman 16:38 / 25.04.2025

Aprelin 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster Azərbaycanda Qlobal Kiberidman Federasiyasının ofisini açmaq istədiyini bildirib. "Bizim baş qərargahımız Sinqapurdadır. Biz də burada, Azərbaycanda ofis açmaq istəyirik. Hesab edirik ki, bu, region üçün çox vacib bir hadisə ola bilər. Bilirəm, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına xeyli müddət qalıb Bizim konsulluğumuz var. "Bizdə" deyirəm, çünki özümü azərbaycanlı kimi hiss edirəm. Həqiqətən sizə lazım olan hər şeydə köməklik etməyə hazıram.” – deyə Paul J. Foster qeyd edib.


14822 oxunub

InvestAZ