XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF və CEV rəsmiləri milli komandaların üzvləri ilə görüşüblər
İdman 14:37 / 25.04.2025

Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katib Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərovgənc qız və oğlanlardan ibarət milli komandaların oyunçuları və məşqçiləri ilə görüşüblər.

Azərbaycan Voleybol federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən toplantıda CEV rəhbəri gəncləri salamlayıb, onlara uğurlar arzulayıb. O, AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.

Tədbirdə AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme çıxış edərək bildirib ki, AVF-də məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil edilir.


15605 oxunub

InvestAZ