XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının möhtəşəm paradı keçiriləcək
İdman 16:49 / 24.04.2025
Aprelin 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev prospektində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək.  
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə,  saat 14:00-da başlayacaq parad çərçivəsində reqatada iştirak edəcək yerli və xarici komandaların sıra ilə keçidi və təntənəli təqdimatı reallaşacaq. Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək. 
Qeyd edək ki, əraziyə giriş tam sərbəstdir. 


16876 oxunub

InvestAZ