XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



11-ci komandanın adı müəyyənləşib
İdman 19:33 / 24.04.2025
Xəbər verdiyimiz kimi, 2026-cı ildən etibarən Formula 1 yarışlarında 11 komandanın iştirakı nəzərdə tutulub. Bu ərəfədə "General Motors" "Cadillac" komandasının yaradılması layihəsini rəsmi təsdiq edib. Amerika avtomobil istehsalçısı komandasını mayın 2-4-də keçirilməsi planlaşdırılan Mayami Qran Prisində təqdim edəcək. Hələ ki, maşının nümayişi, pilotların təqdimatı və digər məsələlər kağız üzərində qalır. Bildirilir ki, bir neçə mövsümdə "Cadillac" "Ferrari" istehsalı olan mühərrik və sürət qutusu ilə rəqabət aparacaq, sonradan öz dizayn konstruksiyalarına keçəcək. Komandaya keçmiş "Marussia" rəhbəri Qrem Loudon başçılıq edəcək. Texniki heyətə isə "Renault" və "Williams"ın keçmiş texniki direktoru Pat Symonds, "Renault"nu mühərrik bölməsinə nazarət Rob Uayt daxil edilib.
14655 oxunub

InvestAZ